gunelloqoag

Laparoskopik Cərrahiyyə

Laparoskopiya (Laparoskopik Cərrahiyyə – Laparoskopik Yumurtalıq Kistası, Mioma və Uşaqlığın Çıxarılması (Histerektomiya) və Ektopik Hamiləlik Cərrahiyyəsi)
 
Laparoskopiya bir çox ginekoloji əməliyyatların da icra oluna biləcəyi qapalı cərrahiyyə üsuludur. Laparoskopik əməliyyatlar xalq arasında qapalı cərrahiyyə olaraq da tanınır. Bu əməliyyatlar göbəkdən 10 mm diametrli kamera və qarnın aşağı nahiyəsində 2 və ya 3 hissədən 5 mm diametrli cərrahi alətlər daxil edilərək icra olunur. Laparoskopik (qapalı) cərrahiyyə üsulu xəstənin qarnında uzun və geniş kəsik aparılmadığı üçün klassik açıq cərrahiyyəyə nisbətən bir çox üstünlüklərə malikdir.

 
Laparoskopik ginekoloji əməliyyatlar (laparoskopik yumurtalıq kisti, laparoskopik miyomektomiya, laparoskopik histerektomiya) Ankarada Prof. Dr. Polat Dursun tərəfindən uğurla icra edilir. Prof.Dr.Polat Dursun son 5 ildə 1000-ə yaxın laparoskopik qapalı ginekoloji əməliyyatı uğurla həyata keçirib.
 
Laparoskopik Cərrahiyyə
Laparoskopik (qapalı) əməliyyat

Laparoskopik əməliyyatlar xalq arasında qapalı cərrahiyyə olaraq da tanınır. Bu əməliyyatlar göbəkdən 10 mm diametrli kamera və qarnın aşağı nahiyəsində 2 və ya 3 hissədən 5 mm diametrli cərrahi alətlər daxil edilərək icra olunur. Laparoskopik (qapalı) cərrahiyyə üsulu xəstənin qarnında uzun və geniş kəsik aparılmadığı üçün klassik açıq cərrahiyyəyə nisbətən bir çox üstünlüklərə malikdir.

 
Bu gün demək olar ki, bütün ginekoloji cərrahi əməliyyatlar laparoskopik (qapalı) üsullarla həyata keçirilə bilər.
 
Ginekoloji laparoskopik prosedurları yerinə yetirmək üçün xüsusi təhsil və cərrahi təcrübə tələb olunur.

Laparoskopik (qapalı) cərrahiyyənin xəstə üçün üstünlükləri

 – Qarın nahiyəsində böyük əməliyyatdakı kimi geniş çapıq izləri olmur və bu daha yaxşı kosmetik nəticələrə gətirib çıxarır
 

  • Əməliyyatdan sahəsinin izləri kiçik olduğu üçün sonrakı dövrdə ağrılar az olur və xəstənin ağrıkəsicilərə ehtiyacı azalır.
     
  • Kəsik izləri daha kiçik olduğu üçün yaraların iltihablı fəsadları azalır
     
  • Xəstənin xəstəxanadan çıxıb normal iş fəaliyyətinə dönmə müddəti daha qısa olur.
     
    -Əməliyyatdan sonrakı dövrdə qarıniçi yapışıqlıqlar və buna bağlı ağrılar daha az olur
     
  • Daha az qanaxma
     
  • Xərçəng xəstələrinə tətbiq olunarsa, kimya və radioterapiyanın müddəti daha qısa olur.

Laparoskopiya ilə edilə bilən əməliyyatlar
 
-Yumurtalıq kistinin alınması əməliyyatı (laparoskopik kistektomiya)
 
-Endometrioma (Şokolad kisti) kistektomiyası
 

  • Dərin pelvik endometrioz əməliyyatı
     
  • Uşaqlıqdankənar hamiləlik əməliyyatı (salpinqostomiya, salpinqotomiya)
     
  • Uşaqlıq borularının çıxarılması və boruların bağlanması (salpinqektomiya və boruların bağlanması)
     
    -Yumurtalığın çıxarılması (ooferektomiya)
     
    – Miomanın çıxarılması (Myomektomiya), mioma əməliyyatı
     
    – Uşaqlığın çıxarılması (Laparoskopik histerektomiya)
     
    -Uşaqlıq xərçəngi, uşaqlıq boynu xərçəngi əməliyyatı (seçilmiş hallarda)
     
    -Laparoskopik limfadenektomiya (şişi yaya bilən limfanın çıxarılması)
     
     
     
    Laparoskopik ginekoloji əməliyyatlar (laparoskopik kistektomiya, laparoskopik miomektomiya, laparoskopik histerektomiya) Prof. Dr. Polat Dursun tərəfindən uğurla icra edilir.
     
    Prof Dr Polat Dursun son 5 ildə 1000-dən çox laparoskopik ginekoloji əməliyyatı uğurla həyata keçirib.
     
    Dr.Polat Dursun çox təcrübə tələb edən qapalı (laparoskopik) mioma əməliyyatı, qapalı kist əməliyyatları və qapalı ginekoloji xərçəng əməliyyatlarında Ankaranın ən təcrübəli adlarından biridir.
     
    Laparoskopik mioma əməliyyatını kimlər etməlidir? Laparoskopik miyomektomiya Ankara
Facebook
Email
Print

Son məqalələrimiz

Digər məqalələrimiz