gunelloqoag

Laparoskopiya nədir?

Laparoskopiya nədir?

Laparoskopiya bir çox ginekoloji əməliyyatların da icra oluna biləcəyi qapalı cərrahiyyə üsuludur. Laparoskopik əməliyyatlar xalq arasında qapalı cərrahiyyə olaraq da tanınır. Bu əməliyyatlar göbəkdən 10 mm diametrli kamera və qarnın aşağı nahiyəsində 2 və ya 3 hissədən 5 mm diametrli cərrahi alətlər daxil edilərək icra olunur. Laparoskopik (qapalı) cərrahiyyə üsulu xəstənin qarnında uzun və geniş kəsik aparılmadığı üçün klassik açıq cərrahiyyəyə nisbətən bir çox üstünlüklərə malikdir.

Laparoskopik ginekoloji əməliyyatlar (laparoskopik kistektomiya, laparoskopik histerektomiya, laparoskopik miyomektomiya)

Laparoskopik Cərrahiyyə
Laparoskopik (qapalı) əməliyyat nədir

Laparoskopik əməliyyatlar xalq arasında qapalı cərrahiyyə olaraq da tanınır. Bu əməliyyatlar göbəkdən 10 mm diametrli kamera və qarnın aşağı nahiyəsində 2 və ya 3 hissədən 5 mm diametrli cərrahi alətlər daxil edilərək icra olunur. Laparoskopik (qapalı) cərrahiyyə üsulu xəstənin qarnında uzun və geniş kəsik aparılmadığı üçün klassik açıq cərrahiyyəyə nisbətən bir çox üstünlüklərə malikdir.

Bu gün demək olar ki, bütün ginekoloji cərrahi əməliyyatlar laparoskopik (qapalı) üsullarla həyata keçirilə bilər.

Ginekoloji laparoskopik prosedurları yerinə yetirmək üçün xüsusi təhsil və cərrahi təcrübə tələb olunur.

Laparoskopik (qapalı) cərrahiyyənin xəstə üçün üstünlükləri

Laparoskopik kistektomiyanın, Laparoskopik Histerektomiyanın, Laparoskopik Miyomektomiyanın üstünlükləri 

     

      • Qarın nahiyəsində böyük əməliyyatdakı kimi geniş çapıq izləri olmur və bu daha yaxşı kosmetik nəticələrə gətirib çıxarır 

      • Əməliyyatdan sahəsinin izləri kiçik olduğu üçün sonrakı dövrdə ağrılar az olur və xəstənin ağrıkəsicilərə ehtiyacı azalır. 

      • Kəsik izləri daha kiçik olduğu üçün yaraların iltihablı fəsadları azalır 

      • Xəstənin xəstəxanadan çıxıb normal iş fəaliyyətinə dönmə müddəti daha qısa olur.

        -Əməliyyatdan sonrakı dövrdə qarıniçi yapışıqlıqlar və buna bağlı ağrılar daha az olur 

      • Daha az qanaxma 

      • Xərçəng xəstələrinə tətbiq olunarsa, kimya və radioterapiyanın müddəti daha qısa olur.

        Laparoskopiya ilə edilə bilən əməliyyatlar

        -Yumurtalıq kistinin alınması əməliyyatı (laparoskopik kistektomiya)

        -Endometrioma (Şokolad kisti) kistektomiyası

        -Uçaqlıqdankənar hamiləlik əməliyyatı (salpinqostomiya, salpinqotomiya) 

      • Uşaqlıq borularının çıxarılması və borunun bağlanması (salpinqektomiya və boruların bağlanması)

        -Yumurtalığın çıxarılması (ooferektomiya) 

      • Miomanın çıxarılması (Myomektomiya)

        – Uşaqlığın çıxarılması (Laparoskopik histerektomiya)

        -Uşaqlıq xərçəngi, uşaqlıq boynu xərçəngi (seçilmiş hallar)

        -Laparoskopik limfadenektomiya (şiş hüceyrələrinin yayılmasına səbəb ola bilən limfanın çıxarılması)

        Uşaqlığın qapalı çıxarılması (laparoskopik histerektomiya) əməliyyatı necə həyata keçirilir?

        Bu əməliyyat ümumi anesteziya altında həyata keçirilir və xəstənin göbəyindən 10 mm kamera yeridilir və qarın boşluğuna 2 və ya 3 ədəd 5 mm-lik cərrahi alətlər daxil edilir və əməliyyat bu alətlərin köməyi ilə qarın boşluğu açılmadan və ekranda seyr edilərəkmicra edilir. Uşaqlıq adətən vaginal yolla çıxarılır.

        Uşaqlığın qapalı çıxarılmasından (laparoskopik histerektomiya) sonra nə baş verir?

        Histerektomiyadan sonra xəstə 1-2 gün xəstəxanada qalır. Əməliyyatdan sonrakı sağalma dövrü təxminən 1-2 həftədir. 1,5 ay müddətində az miqdarda vaginal qanaxmalar ola bilər, sonrakı dövrdə olmur. Əməliyyatdan sonra xəstənin menstruasiya (aybaşı) görməsi dayanır, lakin yumurtalıqları çıxarılmazsa, menopauzaya girmir.

        Uşaqlığın qapalı çıxarılması əməliyyatından (laparoskopik histerektomiya) sonra seksuallıq necədir?

        Uşaqlığın götürülməsi qadının cinsiyyətinə mənfi təsir göstərmir. yalnız ilk 1,5-2 ay, yəni sağalma dövrü cinsi əlaqə qadağandır, sonra yenidən normal həyat fəaliyyətinə başlayır və əvvəlki kimi davam edir, qorunmağa ehtiyac yoxdur.

        Qapalı uşaqlıq cərrahiyyəsi (laparoskopik histerektomiya) üçün nə qədər vaxt lazımdır?
        Hər xəstə üçün fərqli olsa da, təcrübəli ginekoloq tərəfindən həyata keçirilərsə, adətən 1-2 saat arasında davam edir. Uşaqlığın qapalı çıxarılması əməliyyatı təcrübəli ginekoloq tərəfindən aparılarsa, çətin bir əməliyyat deyil.

        Uşaqlığın qapalı çıxarılması (laparoskopik histerektomiya) əməliyyatının hər hansı fəsadları varmı?

        Hər əməliyyatda olduğu kimi, laparoskopik histerektomiyanın da fəsadları var, lakin təcrübəli əllərdə bu fəsad nisbəti çox aşağıdır. Əməliyyat zamanı bağırsaq, sidik kisəsi, sidik axarları və böyük damar zədələnmələri ola bilər. Fistula adlanan sidik qaçırma (sidiyin öz normal yolundan kənara axması) ola bilər.

    Facebook
    Email
    Print

    Son məqalələrimiz

    Digər məqalələrimiz