gunelloqoag

Haqqımda

Uzman Dr. Günel Nəcəfova

Mən, Nəcəfova Günel Fariz qızı 26 noyabr 1985-ci ildə Bakı şəhərində anadan olmuşam. 1992-ci ildə Bakı şəhəri R.Ələyev adına 3 saylı orta ümumtəhsil məktəbinin birinci sinfinə daxil olmuşam. 2003-cü ildə həmin məktəbi fərqlənmə attestatı ilə bitirmişəm. Elə həmin ildə 630 balla Azərbaycan Tibb Unıversitetinin II Müalicə işi fakultəsinə daxil olmuşam. 2009-cu ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirmişəm. 2009-2010-cu illərdə Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasında internatura keçmişəm. 2012-ci ildə Türkiyə Cümhuriyyətində keçirilən Tibbdə Uzmanlıq İmtahanı (TUS) vasitəsilə  Ankara Başkənt Universitetində Qadın Xəstəlikləri və Doğum ixtisası üzrə uzmanlıq təhsilinə başlamışam. 2016-cı ildə “The Survival İmpact and Morbidity of Tertiary and Quartarnary Surgery for Recurrent Epitelial Ovarian Carsinoma” mövzulu elmi işimi təqdim edərək uzmanlıq dərəcəsini qazanmışam. 2016-2017-ci illərdə Türkiyə Cümhuriyyətində uzman doktor olaraq çalışmışam.

Uzman Dr. Günel Necəfova

Üzvlüklər

Türk Ginekoloji Onkoloji Dərnəyi (TJOD)

Maternal – Fetal Tıp və Perinatoloji Dərnəyi

Avropa Ginekoloji Onkoloji Dərnəyi (ESGO)

İştirak etdiyim konfranslar